Ermənistan məlumat yaydı: Əsgərimiz saxlanıldı

Ermənistan məlumat yaydı: Əsgərimiz saxlanıldı

Ermənistan Müdafiə Nazirliyi Ordumuzun itkin düşən əsgərlərindən birinin saxlanılması ilə bağlı məlumat yayıb.

AzerTimes xəbər verir ki, Ermənistan MN əsgərlərin iki nəfər olduğunu, lakin birinin qaçdığını bildirib.

Erməni tərəfi iddia edir ki, Azərbaycan Ordusunun əsgəri Zəngəzur (Sünik) vilayətinin Bnunis kəndinin yaxınlığında saxlanılıb. Kəndin rəhbəri Qor Ovannisyan deyib ki, azərbaycanlı əsgər kənd sakinlərindən birinin qapısını döyüb:

“Qapını açan qadın dərhal hüquq-mühafizə orqanlarına müraciət edib”.

Qeyd edək ki, ermənilərin yaydığı videoda “azərbaycanlı əsgər” olduğu bildirilən və “hərbi formada” təqdim edilən gəncin əynində hərbi forma yoxdur.

Xatırladaq ki, Azərbaycan MN Naxçıvan Muxtar Respublikasında iki hərbi qulluqçunun itkin düşdüyü haqda məlumat yayıb.

Teqlər: