Ermənistan MDB Oyunlarını keçirməkdən imtina edib.
AzerTimes xəbər verir ki, bu barədə ölkənin elm, təhsil, mədəniyyət və idman nazirinin müavini Karen Giloyan danışıb.
Nazir müavini 2027-ci ildə ölkənin bir neçə irimiqyaslı idman tədbirinə ev sahibliyi edəcəyini, bu səbəbdən yarışı keçirməyə hazır olmadıqlarını bildirib.