Ermənistan KTMT təlimlərində iştirakdan imtina edib.
AzerTimes xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
Qeyd olunub ki, KTMT-nin sentyabrın 1-6-da Belarusun Minsk vilayətində keçiriləcək və təşkilat ölkələrinin xilasedicilərinin nüvə stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasını işləyəcəkləri təlimlərdə iştirak edə bilməyəcək.
Səbəb kimi “xilasetmə xidmətinin ağır iş cədvəli” göstərilir.