Bizim Ermənistanın dövlət maraqlarından çıxış edərək bu və ya digər qərarlar qəbul etməklə bağlı siyasi iradəmiz var. Bu, KTMT ilə əlaqələrə də aiddir.
AzerTimes xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Niyə təşkilatdan çıxmaq və ya üzvlüyümüzü dayandırmaq barədə qərar qəbul etmirik? Biz ölkəmizin dövlət maraqlarına görə qərar verəcəyik”, – Paşinyan vurğulayıb.
Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan KTMT-nin Minskdə keçirilən görüşündə iştirak etməyib.