Ermənistanın “Pünik” klubu UEFA reqlamentini pozduğuna görə cərimələnəcək.
AzerTimes xəbər verir ki, bu barədə klubun rəhbəri Artur Soqomonyan “Brontozyabre”yə müsahibəsində deyib.
Onun sözlərinə görə, cəzaya səbəb klubun Ermənistan Futbol Federasiyasının (FFA) UEFA Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində Norveçin “Bode-Qlimt” komandasına qarşı keçiriləcək oyuna biletlərin satışını bloklamasına etiraz olaraq azarkeşləri matça sərbəst buraxmaq qərarıdır.