Ermənistan itki və yaralı xəbərini yenilədi: say artdı

Ermənistan itki və yaralı xəbərini yenilədi: say artdı

Azərbaycan Ordusunun keçirdiyi “Qisas” antiterror əməliyyatı nəticəsində erməni qanunsuz silahlılarının verdiyi itkilərin qismən açıqlandığını xəbər vermişdik.

AzerTimes xəbər verir ki, erməni mediası itki və yaralıların sayında “dəqiqləşmələr” aparmaqdadır. Hazırkı məlumata görə, 2 erməni silahlı məhv ediləb, yaralıların sayı isə 19-a qalxıb.

“Onlardan 4-ü çox ağır vəziyyətdədir. Digərləri orta-ağır və ya yüngül sayıla bilər”, – məlumatda qeyd edilib.

Yaralıların bir hissəsi artıq İrəvan xəstəxanalarına göndərilib.

Qeyd edək ki, erməni sosial şəbəkə istifadəçiləri, eyni zamanda “Qisas” əməliyyatı ilə bağlı Azərbaycan MN-in yaydığı videolar erməni qanunsuz silahlı dəstələrinin daha çox itki verdiyini təsdiqləyir.

Teqlər: