Ermənistan-İran dövlətlərarası avtomobil yolunun (M2) 234-cü kilometrliyi, Ltsen-Tatev hissəsi sel axını nəticəsində bağlanıb.
AzerTimes xəbər verir ki, bu barədə Ermənistan Yol İdarəsinin məlumatında deyilir.
Qeyd olunur ki, hər iki istiqamətdə bütün növ nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
Avtomobillərin hərəkəti Tatev-Şinuayr-Qoris-Sisian yolu ilə həyata keçirilir.