Ermənistan İran vətəndaşını həbs etdi

Ermənistan İran vətəndaşını həbs etdi

Ermənistan məhkəməsi 350 kq heroini qaçaqmalçılıq yolu ilə ölkəyə keçirən İran vətəndaşını 9 il müddətinə azadlıqdan məhrum edib.

AzerTimes xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Bildirilib ki, Ermənistanda olan A.Ş adlı İran vətəndaşı öz həmyerlisinə Niderlanda göndərmək məqsədilə İrandan qadağan olunmuş yüklərin daşınmasında köməklik göstərib. Narkotiklər 2021-ci ilin fevral ayında Meğri gömrüyündən maya adı altında Ermənistana gətirilib, lakin Ermənistan gömrükçüləri tərəfindən tez bir zamanda müəyyən edilib.

Teqlər: