Yaxın vaxtlarda Ermənistan, İran və Hindistanın iştirakı ilə ticarət yolunun işə salınması üçün üçtərəfli görüş baş tutacaq.
AzerTimes xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” logistika şirkətlərindəki mənbələrinə istinadən məlumat yayıb.
“Görüş İranda keçiriləcək: üç ölkənin nəqliyyat sektorunun nümayəndələri Çabahar limanının infrastrukturu ilə tanış olacaq, Ermənistanın limandakı operator fəaliyyətini, həmçinin marşrutun tezliklə işə salınması ilə bağlı məsələləri müzakirə edəcəklər”, – mənbə bildirib.