Ermənistanla ticarət, gömrük, azad iqtisadi zonalar, səhiyyə və turizm sahələriylə bağlı bir sıra razılaşmalar əldə olunub.
AzerTimes xəbər verir ki, bu sözləri İranın Proqram və Büdcə Təşkilatının rəhbəri Davud Mənzur jurnalistlərə bugünkü açıqlamasında deyib.
O bildirib ki, Ermənistan Avrasiya İqtisadi İttifaqına açılan qapıdır:
“İranla Ermənistan arasında 21 anlaşma imzalanıb. Onların həyata keçməsi İrəvanla ildə 3 milyard dollarlıq ticarət deməkdir”, – o əlavə edib.