Rusiya Federal Təhlükəsizlik Xidmətinin Ermənistandakı Sərhəd Xidməti Mehri-Ağarak yolunda nəzarət tədbirlərini gücləndirib.
AzerTimes xəbər verir ki, FTX bunu İrandan gələn narkotik həcminin artması ilə izah edib.
Bildirilib ki, son vaxtlar narkotik vasitələrin və psixotrop maddələrin (həşiş, metamfetamin, heroin) İrandan Ermənistana qanunsuz keçirilməsi cəhdlərinin artması nəticəsində dövlət sərhədinin Ermənistan-İran bölməsində gərgin əməliyyat şəraiti yaranıb. Bundan başqa, ekstremist və terror təşkilatlarının nümayəndələri tərəfindən dövlət sərhədinin pozulması halları qeydə alınır.
Bütün bunları nəzərə alaraq, Rusiya Sərhəd Xidməti sərhəd naryadlarının bir sıra təchiz olunmuş növbətçi postlarını yaradıb.
Qeyd edək ki, Ermənistanın sərhədlərini Rusiya FTX qoruyur.