Ermənistan iqtisadiyyatı 8 faizə yaxın azalıb

Xəbər - Orxan Nəbiyev – Trend:

2020-ci ildə Ermənistanın ümumi daxili məhsulu 2019-cu illə müqayisədə 7,6 faiz azalıb.

AzerTimes-ın erməni KİV-lərinə istinadən məlumatına görə, bu barədə Ermənistan Milli Statistika Komitəsinin hesabatında deyilir.

Qeyd olunur ki, ötən il ölkə iqtisadiyyatı yalnız 1-ci rübdə 3,9 faiz artım nümayiş etdirib.


İkinci rübdə Ermənistan iqtisadiyyatı 13,7 faiz, üçüncü rübdə 9 faiz, dördüncü rübdə 8,8 faiz azalıb.

Teqlər: