Ermənistan iki nəfəri Türkiyəyə ekstradisiya etdi

Ermənistan iki nəfəri Türkiyəyə ekstradisiya etdi

Ermənistan İnterpol xətti ilə axtarışda olan iki şəxsi Türkiyəyə ekstradisiya edib.

AzerTimes xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

“İnterpolun təqdim etdiyi sorğuya cavab olaraq, 2025-ci il yanvarın 19-da Ermənistan Türkiyədə mütəşəkkil cinayətkarlıqla məşğul olan iki şəxsi Türkiyəyə ekstradisiya edib”, – məlumatda deyilir.

Qeyd olunur ki, İrəvan sözügedən şəxsləri “Qırmızı bülleten” çərçivəsində təqdim edilən sorğuya cavab olaraq Ankaraya təhvil verib.

Teqlər: