Ermənistan Hindistandan PUA və raket sistemi alır – Video

Ermənistan Hindistandan PUA və raket sistemi alır – Video

Ermənistan Hindistandan PUA və dron kamikadze, həmçinin “Akaş” zenit-raket kompleksi almağı düşünür.

AzerTimes xəbər verir ki, bu barədə Hindistanın “Print” nəşri məlumat yayıb.

Qeyd edilir ki, satınalmalarla bağlı müzakirələr Qandinaqarda “DefExpo 2022” müdafiə sərgisi çərçivəsində baş tutub.

Ermənistanın müdafiə naziri Suren Papikyan hindistanlı həmkarı Şri Racnat Sinqhlə görüşdən sonra bu sərgiyə baş çəkib.

Xatırladaq ki, tərəflər Hindistanda lisenziya əsasında istehsal olunan “Pinaka” reaktiv yaylım atəş sistemlərinin, habelə Sovet-Rusiya modelli “Konkurs” tank əleyhinə raketlərinin alınmasına dair saziş imzalayıblar.

Məlumata görə, digər növ silahların, o cümlədən 80 millimetrlik artilleriya qurğularının alınması da müzakirə olunur.

Həmçinin qeyd edilir ki, ermənilər “Tata Advanced Systems Limited” (TASL) və “Solar Industries” şirkətləri tərəfindən işlənib hazırlanan mərmilərin alınması imkanlarını da nəzərdən keçirir.

Teqlər: