Ermənistan hərbi sənaye üçün pul tapdı, ideya axtarır

Ermənistan hərbi sənaye üçün pul tapdı, ideya axtarır

Ermənistan hakimiyyəti hərbi sənayeyə təqribən 17,5 milyon dollar ayırıb.

AzerTimes xəbər verir ki, bu barədə Ermənistan Prezidenti Vaaqn Xaçatryan məlumat verib.

Xaçaturyanın sözlərinə görə, maliyyə resursları var, lakin Ermənistanın təhlükəsizliyinin yaxşılaşdırılması və hərbi sənaye kompleksinin inkişafı baxımından faydalı ola biləcək ideyalar lazımdır.

Qeyd edək ki, bu gün parlamentdə çıxış edən Ermənistan Baş naziri Nikol Paşinyan da analoji fikir səsləndirib. O bildirib ki, Ermənistanın müdafiə büdcəsini iki dəfə artırmaq imkanı var, ancaq Müdafiə Nazirliyi ayrılan vəsaiti xərcləyə bilməyəcək.

Teqlər: