Xəbər - Orxan Nəbiyev – Trend:
Ermənistan Müdafiə Nazirliyinin hərbi polisi saxta koronavirus testləri ilə bağlı cinayət işi açıb.
Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bu barədə nazirliyin mətbuat xidməti bildirib.
Qeyd olunur ki, sentyabrın 29-da və oktyabrın 15-də Milli Müdafiə Tədqiqar İnstitutunun əməkdaşlarından 62 test nümunəsi götürülüb. Oktyabrın 4-də və 18-də həmin əməkdaşlara saxta mənfi nəticələr verilib.
Hazırda faktla bağlı cinayət işi davam etdirilir. Cinayət faktı təsdiq olunacağı təqdirdə ittiham olunanlar 800 dollaradək cərimə və ya iki ilədək həbslə cəzalandırıla bilər.