Ermənistan hərbi hazırlığın miqyasını artırır

Ermənistan hərbi hazırlığın miqyasını artırır

Ermənistanda ehtiyatda olan hərbçilərin çağırış müddəti 3 aydan 25 günə endiriləcək, lakin iştirakçıların sayı artırılacaq.

AzerTimes xəbər verir ki, bu barədə Ermənistanın müdafiə naziri Suren Papikyan hökumətin iclasında bildirib.

“Artıq silahlı qüvvələrdə belə bir prosedur var ki, könüllü olaraq təlim keçmək istəyənlər 25 gün müddətinə hərbi xidmətə çağırıla bilər. Bu modelə görə 25 gündə bütün ehtiyatda olan hərbçilər üçün ümumi təlim düşərgələri də keçiriləcək”,- Papikyan qeyd edib.

O bildirib ki, yaxın vaxtlarda Müdafiə Nazirliyi təkliflə çıxış edəcək, ona əsasən, qadınlar atıcılıq tirlərində odlu silah təlimi keçə biləcəklər.

Teqlər: