Ermənistan hökuməti sentyabrın 26-da Nazirlər Kabinetinin iclasında təsdiqlənən 2025-ci il üçün dövlət büdcəsi layihəsini parlamentə təqdim edib.
AzerTimes xəbər verir ki, məlumatı Ermənistan mətbuatı yayıb.
Sənədə əsasən, 2025-ci ildə ölkənin hərbi büdcəsi 1,72 milyard dollardan (664 milyard dram) çox olacaq ki, bu da 2024-cü illə müqayisədə 20% çoxdur.