Ermənistan həm dövlət, həm də diaspor fəaliyyətində əsl terrorçu simasını nümayiş etdirir – ŞƏRH

Xəbər - Elgün Mənsimov – Trend:

Los Ancelesdə erməni milliyyətçiləri tərəfindən azərbaycanlılara qarşı zorakılığa səsləyən aksiyanın keçirilməsi bir daha ermənilərin əsl mahiyyətini ortaya qoydu. Bilirsiniz ki, Los Ancelesin mərkəzində Erməni Gənclər Federasiyası və Amerika Erməniləri Milli Komitəsindən olan radikal daşnak ermənilər Azərbaycan bayrağına bükülmüş manekeni etnik zorakılığa çağırışlar edərək “edam” ediblər. Bu, o deməkdir ki, bunların sağalmaz psixi xəstəlikləri var, içlərində o qədər nifrət bəslənib ki, onu heç bir vasitə ilə boğa bilmirlər. Beləliklə, nəticədə istər dövlət siyasətində, istər hərbi sahədə, istərsə də diaspor fəaliyyətində ermənilər özlərinin əsl terrorçu simasını nümayiş etdirirlər.

Bu gün erməni diasporunun daha çox kök atdığı şəhərlərdən biri də Los Ancelesdir. Məhz bu səbəbdəndir ki, hər dəfə bu şəhərdə türklərə qarşı erməni zorakılığının, radikallığının daha çox şahidi oluruq. Əlbəttə, bu gün də radikal erməni qüvvələri tərəfindən təşkil olunan aksiyada baş verənlər kifayət qədər ciddi məsələdir.

XİN: Ciddi narahatlığımız ABŞ-ın ölkəmizdəki səfirliyinə çatdırılacaq


Los Ancelesdə baş verənlərlə bağlı narahatlığımız ABŞ-ın Azərbaycandakı səfirliyinə çatdırılacaq – XİN

Məsələyə reaksiya verən Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva da vurğuladı ki, radikal erməni qruplarının bu kimi nifrətə əsaslanan, hətta cinayət tərkibli əməlləri ilə üzləşməyimiz ilk dəfə deyil. Onun sözlərinə görə, hələ ötən ilin iyul ayında yüzlərlə radikal erməni daşnakları Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun qarşısında azsaylı azərbaycanlılara vəhşicəsinə hücum edərək onlara xəsarət yetirmişdilər: “Los-Anceles Polis İdarəsi azərbaycanlılara qarşı həyata keçirilmiş bu zorakılıqla bağlı nifrət zəminində törədilən cinayət maddəsi üzrə araşdırma başlatmışdı, bu zorakılıqda iştirak edən iki nəfər saxlanılsa da, bu prosesdə xüsusi fəallıq göstərmiş digər iki nəfərin axtarışı hələ də davam edir. Hadisədən 10 aya yaxın müddətin keçməsinə baxmayaraq, nifrət zəminində cinayətin törədilməsində şübhəli bilinən əsas şəxslərin tapılıb məsuliyyətə cəlb edilməməsi böyük təəssüf və təəccüb doğurur. Bununla bağlı tərəfimizdın qarşı tərəfə rəsmi narazılığımız bildirilib. Göründüyü kimi, məhz cəzasızlıq səbəbindən, Los Ancelesdə radikal ermənilərin nifrət zəminində cinayətlərinin növbəti təzahürünü görürük”.

XİN rəsmisi onu da qeyd etdi ki, bu məsələ ilə bağlı ciddi narahatlığımız ABŞ-ın ölkəmizdəki səfirliyinə bir daha çatdırılacaqdır.

Erməni lobbisinin ABŞ-ın dövlət maraqlarına zidd təsirləri

Bu arada, istərdik elə ABŞ-ın dövlət maraqlarına diqqət çəkək. Təəssüf hiss ilə qeyd etməliyik ki, bu maraqları erməni diasporu çox asanlıqla yönəldə bilir. Prezident Co Baydenin bu günlərdə qondarma “erməni soyqırımının ildönümündə” ABŞ Prezidentləri tarixində ilk dəfə olaraq “soyqırımı” ifadəsini işlətməsi bunu bir daha təsdiq etmiş oldu. Artıq beynəlxalaq analitiklər də əminliklə qeyd edirlər ki, Co Bayden seçkilərdən öncə ABŞ-dakı erməni toplumunun səs çoxluğunu qazanmaq üçün onlara bir vəddə bulunub. Nəticə etibarı ilə bu gün onun belə bir ifadə işlətməsi dövlət maraqlarına zidd deyilmi? Halbuki, ahıl yaşlı Bayden bu ifadəni ağzına almazdan öncə həm NATO-da, həm də ümumi maraqlarda Türkiyə kimi strateji bir müttəfiqi itirməyi gözə almalı idi.


Okeanın o tayından atılan daş: ABŞ regionda sülhü pozur – TƏHLİL

Əlqərəz, qayıdaq erməni lobbisinin üzdə yazıq, əməldə azğın və qəddar fəaliyyətinə. Xatırlayırsınızsa, ötən il 12 iyul Tovuz hadisələrindən sonra dünya birliyinin diqqətini işğalçı Ermənistanın təxribatına və Cənubi Qafqazda yeni müharibə ocağının alovlandırılmasının yolverilməz olmasına yönəltmək istəyən dinc azərbaycanlı nümayişçilərə qarşı ermənilər qanlı cavab aksiyaları təşkil etdilər. Belə ki, iyulun 21 və 22-si erməni icmasının çoxsaylı üzvləri, erməni lobbisinin radikalları, Daşnaksütyun partiyasının üzvləri, habelə beynəlxalq aləmdə terror qrupu kimi tanınan ASALA-nın ideoloji tərəfdaşları və davamçıları müxtəlif ölkələrdə Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinə, o cümlədən həmvətənlərimizə qarşı müxtəlif vandalizm aktları törətdilər. Nəticədə azərbaycanlı dinc nümayişçilər müxtəlif dərəcəli bədən xəsarətləri aldılar.

Ermənistanın dövlətçilik konsepsiyasının kökündə faşist-terror nəzəriyyəsi dayanır

Təbii ki, soydaşlarımıza, səfirlik binalarına və diplomatlarımıza qarşı zaman-zaman erməni terrorçularının törətdikləri vandalizm aksiyaları Ermənistanın sivil və demokratik dövlətçilik fəlsəfəsindən çox uzaq olduğunu ortaya qoyur. Bu gün ötən əsrin 70-80-ci illərində daşnak-ASALA terrorçularının dünyada türk-müsəlman soyuna qarşı törətdikləri qeyri-insani terror və soyqırımların ifadə üsullarını indi təkrar görürük. Soydaşlarımıza qarşı xaricdəki erməni terror və təxribatları Ermənistanın dövlətçilik konsepsiyasının kökündə məhz faşist -terror nəzəriyyəsinin dayandığını göstərir.

Amma həm Ermənistan, həm də onun üzdəniraq diasporu və onların maraqlarına xidəm etdən şəxslər, eləcə də qurumlar, habelə “erməni məsələsindən” Türkiyə və Azərbaycana qarşı isitifadə etmək istəyən xarici dairələr anlamalıdırlar ki, onların hazırkı fəaliyyəti bütün bölgə üçün fəsadlar və mənfi presedentlər yaradır. Aydındır, Azərbaycan öz tarixi torpaqlarını – Qarabağı sökə-sökə, dişi-dırnağı ilə Ermənistandan aldı. Lakin artıq reallığı dərk edərək, buna görə davranış sərgiləmək lazımdır…

Teqlər: