Qafan poliqonunda bir nəfərin ölümü ilə nəticələnən partlayışla bağlı növbəti açıqlama yayıb.
AzerTimes xəbər verir ki, Ermənistan İstintaq Komitəsi hadisənin doğrudan da poliqonda baş verdiyini təsdiqləyib.
Bildirilib ki, 20 iyul saat 18:35-də Qapan şəhərində, Müdafiə Nazirliyinin poliqonunda “Volksvagen” markalı mülki minik avtomobilinin yanında mina partlaması nəticəsində kişi meyidi aşkarlanıb.
“İlkin məlumatlara görə, 64 yaşlı kişi həmin vaxt poliqonda mühafizəni təhvil almağa gəlib. Ancaq poliqondan satmaq məqsədi ilə əlvan metallar toplamağa başlayıb. Metallar arasında partlamamış mərmi də olub. Mərminin partlaması onun həyatına son qoyub”, – məlumatda vurğulanıb.
Qeyd edək ki, 20 iyulda poliqonda partlayış olduğu və bir nəfərin öldüyü haqda məlumat yayılsa da, Ermənistan MN faktı təkzib etmiş, partlayışın poliqonda deyil, “poliqonun yanında yerləşən Qafan mis-molibden zavodunda” baş verdiyini bildirmişdi.