Ermənistan Fransadan 36 ədəd “Sezar” özüyeriyən artilleriya sistemi alıb.
AzerTimes “Sputnik-Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Fransanın “Le Figaro” jurnalının direktor müavini, jurnalist Jan-Kristof Buisson X sosial şəbəkəsində yazıb.
“Bu silahlar yaxın 15 ay ərzində onlara çatdırılmalıdır”, – Buisson qeyd edib.
Qeyd edək ki, iyunun 18-də Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, Cənubi Qafqaz regionunda vəziyyətin gərginləşməsinə və yeni müharibə ocağının yaranmasına görə məsuliyyəti tam şəkildə revanşist siyasət yürüdən Ermənistan rəhbərliyi və Makron diktaturası daşıyacaq.