Ermənistan Fransadan hava hücumundan müdafiə sistemləri ala bilər.
AzerTimes xəbər verir ki, bu barədə Ermənistan parlamentinin Müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının sədr müavini Armen Xaçatryan danışıb.
O qeyd edib ki, danışıqlar nəticəsində razılıq əldə olunarsa, Ermənistan avadanlıqların pulu ödəyəcək:
“Ermənistanın ən zəif tərəflərindən biri hava hücumundan müdafiədir. Bizə yeni keyfiyyət lazımdır”.