Ermənistanın fövqəladə hallar naziri Andranik Piloyan məhkəmənin
qərarı ilə həbs edilib.
AzerTimes-ın
məlumatına görə, A.Piloyan korrupsiyada ittiham olunub.
Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Komitəsi ölkənin
Fövqəladə Hallar Nazirliyinin vəzifəli şəxsləri tərəfindən külli
miqdarda və xüsusilə külli miqdarda rüşvət alma, vəzifə
səlahiyyətlərindən sui-istifadə, xüsusilə külli miqdarda mənimsəmə
faktları ilə bağlı faktiki məlumatların daxil olduğunu
bildirib.
Cinayət işinin istintaqı zamanı Fövqəladə Hallar Nazirliyinin
rəhbəri Andranik Piloyan, onun müşaviri, o cümlədən nazirliyin
10-dan çox əməkdaşı, o cümlədən müxtəlif idarələrin rəhbərləri
iştirak edən bu cinayətlərlə bağlı çoxsaylı faktların üstü
açılıb.
Piloyan Ermənistan Cinayət Məcəlləsinin “külli miqdarda rüşvət
alma” maddəsi ilə ittiham olunur.