Ermənistan əsgərlərimizi geri qaytarmalıdır – XİN

Ermənistan əsgərlərimizi geri qaytarmalıdır – XİN

Ermənistan hələ də keçmiş səhvlərindən dərs çıxarmır.

AzerTimes xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Tvitter səhifəsində yazıb.

O bildirib ki, Ermənistan təxribat əməllərinə görə üzr istəmək əvəzinə saxta məlumatlar yayır:

“Ermənistan təxribatlara son qoymalı, Azərbaycan Ordusunun əsir saxladığı iki əsgərini geri qaytarmalı və 3890 itkin düşmüş şəxs haqqında məlumat verməlidir”.

Teqlər: