Ərdəbil mədə xərçənginə yoluxma sayına görə İranda birinci yeri tutur. Bunun səbəbi isə Metsamor AES-in zəhərli tullantılarının Araz çayına axıdılmasıdır.
AzerTimes xəbər verir ki, bu sözləri Güney Azərbaycanın Xiyav (Meşkin) şəhərinin İran parlamentindəki nümayəndəsi Mahmud Abbaszadə deyib.
O, insanların sağlamlığı üçün qəti addımların atılmasının vacibliyini vurğulayıb:
“Xarici İşlər Nazirliyinə, Ekologiya Təşkilatına və Səhiyyə Nazirliyinə müraciət etmişəm ki, bu məsələ ciddi şəkildə araşdırılsın və xalqa hesabat verilsin. Bu qurumlar insanların sağlamlığını təmin etmək üçün qəti və təcili tədbirlər görməlidirlər. Ərdəbil Tibb Elmləri Universitetinin verdiyi hesabata əsasən, əyalət İranda əhalisinin sayına görə 22-ci, xərçəng xəstəliyinə yoluxma sayına görə isə birinci yerdə gəlir”.