Xəbər - Samir Əli – Trend:
Ermənistan ərazisindən keçən 4 transərhəd çayımızda müharibədən sonra aparılan monitorinq və götürülən su nümunələrinin nəticələri göstərir ki, çirklənmə normadan çox yüksəkdir.
AzerTimes-ın məlumatına görə, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib. Onun sözlərinə görə, Oxçuçay daha çox çirklənməyə məruz qalıb.
“Ermənistan tərəfdə bu çayın yatağında yerləşən iki mədənin çirkab suları bu çaya axıdılır. Həmin çayın biomüxtəlifliyi tam məhvolma ərəfəsindədir”.
V.Kərimov bildirib ki, işğal nəticəsində ətraf mühitə, təbii ehtiyatlara deyil, su ehtiyatlarına da ziyan dəyib və bu ziyanlar davam edir.