Ermənistan əlavə texnika və əsgər cəmləşdirdi –

Ermənistan əlavə texnika və əsgər cəmləşdirdi –

Basarkeçər rayonunun Zod istiqamətində əlavə canlı qüvvə və döyüş texnikası cəmləşdirən Ermənistan silahlı qüvvələri bölmələrinin aktivliyi tərəfimizdən müşahidə edilir.

Bu barədə AzerTimes-a Müdafiə Nazirliyindən məlumat verilib.

“Bununla qarşı tərəf növbəti təxribata zəmin yaratmağa cəhd göstərir.

Bir daha bildiririk ki, bölgədə yaranmış gərginliyə görə bütün məsuliyyət məhz Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.

Teqlər: