Ermənistanda ehtiyatda olan hərbçilərin təlimləri başlayır.
AzerTimes xəbər verir ki, bu barədə Ermənintan hökuməti qərar qəbul edib.
Məlumata görə, 2023-cü il avqustun 1-dən oktyabrın 13-dək Ermənistanda sıravi əsgərlərin, zabitlərin, eləcə də birinci ehtiyat qrupunun birinci və ikinci kateqoriyalarında qeydiyyatda olan gizirlərin təlim-məşq toplanışları elan ediləcək.
Toplanışa ümumilikdə 2352 şəxs və 205 nəqliyyat vasitəsi cəlb olunacaq.