Ermənistanda 2023-cü il sentyabrın 15-dən dekabrın 15-dək ehtiyatda olan hərbçilərin növbəti toplanışı keçiriləcək.
AzerTimes xəbər verir ki, bu barədə Ermənistan hökumətinin qərarında bildirilib.
“Toplanışlar ümumi hərbi bacarıqların səviyyəsinin saxlanılması, eləcə də ehtiyatda olan zabitlərin hazırlanması məqsədilə keçirilir”, – məlumatda qeyd olunub.