Ermənistan müstəqillikdən bəri tam 500 min vətəndaşını itirib ki, bunun da əsas səbəbi doğuş dinamikasının ciddi şəkildə aşağı düşməsidir.
AzerTimes xəbər verir ki, bu barədə tibb üzrə ekspert David Melik-Nubaryan erməni mediasına deyib.
O bildirib ki, ciddi demokrafik problem son iki onillikdə yaranıb:
“Əgər bu tendensiya və miqrasiya davam edərsə, Ermənistanda əhalinin azalması dayanmayacaq. BMT-nin proqnozuna görə, 2050-ci ildə əhali sayı 2,6 milyon olacaq. Bu halda Ermənistan regionda əhalisi azalan tək ölkə olacaq”.
Ekspert bildirib ki, bu azalmanın əsas səbəbi iqtisadi və sosial problemlərdir.
Qeyd edək ki, Ermənistanda 2021-ci ildə doğuş sayı 1990-cı illərlə müqayisədə 2,2 dəfə azalıb.
Ermənistanda əhali sayı 2,9 milyon göstərilsə də, faktiki olaraq bu ölkədə 2 milyon civarında vətəndaş qaldığı bildirilir.