Ermənistan dar gündə bizə dostluq əli uzatdı.
AzerTimes xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu erməni həmkarı Ararat Mirzoyanla birlikdə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, Cənubi Qafqazdakı normallaşma prosesi davam edir:
“Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması regionda sülhə töhfə verəcək”.
Çavuşoğlunun sözlərinə görə, Ermənistanla quru yollarının açılması məsələsi gündəmdədir:
“Bu gün bu barədə də danışdıq”.