Ermənistan çox təhlükəli oyun oynayır – Amerikalı ekspert

Ermənistan çox təhlükəli oyun oynayır – Amerikalı ekspert

Ermənistan 2020-ci ilin noyabrında Rusiyanın vasitəçiliyi ilə üzərinə götürdüyü öhdəliklərdən geri çəkilmək, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üzrə müttəfiqindən uzaqlaşıb Qərbə üz tutmaqla çox təhlükəli oyun oynayır. Prosesdə maraqlı olan tərəflər Ermənistanın baş naziri Nikol Paşinyanı rus ruleti oynadığına inandırmalıdır.

AzerTimes xəbər verir ki, bunu Report-a açıqlamasında Moskvada yaşayan amerikalı politoloq, siyasi elmlər üzrə fəlsəfə doktoru Endryu Korıbko deyib.

Onun sözlərinə görə, bu addımlar Azərbaycanı güzəştlərə məcbur etmək üçün oynanılan oyunun bir parçasıdır.

Ekspert hesab edir ki, Ermənistanın izlədiyi hazırkı yol özündə başqa bir münaqişəyə təhrik etmə riski daşıyır:

“Bu addımların yeganə ağlabatan izahı odur ki, ya Ermənistan Fransa kimi ölkələrdən qeyri-rəsmi də olsa, təhlükəsizlik zəmanəti aldıqdan sonra sülh prosesindən tamamilə imtina etməyi planlaşdırır, ya da bütün bunlar Azərbaycanı güzəştlərə məcbur etmək üçün oynanan oyunun bir parçasıdır. Hər halda, bu böyük məsuliyyətsizlikdir və başqa özündə bir münaqişəyə təhrik etmə riskini daşıyır”.

E.Korıbko qeyd edib ki, heç kim İrəvanı nəyin hərəkətə gətirdiyini dəqiq deyə bilməz.

Teqlər: