“Ermənistan o qədər mənasız məsələlər qaldırırdı ki, heç o barədə danışmaq, müzakirə aparmaq lazım deyil”.
Bunu Xarici işlər naziri Ceyhun Bayramov brifinqdə deyib.
O bildirib ki, Moskvada görüş 11 saat çəkib:
“Arada fasilə olurdu, tərəflər məsləhətləşirdilər. Ermənistan o qədər mənasız məsələlər qaldırırdı ki, heç o barədə danışmaq, müzakirə aparmaq lazım deyil. Bəzən onların mənasız xırda texniki məsələ ilə bağlı qaldırdığı məsələyə görə yarım saat müzakirə aparırdıq. Ermənistan Ordusunun saat 12-dən sonra Azərbaycan mülki əhalisini atəşə tutması o deməkdir ki, atəşkəsə hələ də əməl etmir və hərbi əməliyyatlar davam edir. Ermənistan tərəfindən danışıqlarla bağlı hər hansı ciddi addım atılmasa hərbi əməliyyatlar bərpa oluna bilər”.