Ermənistan Azərbaycana qarşı olan təcəvüzkar mövqeyinə son qoymalıdır.
AzerTimes TurkicWorld-a istinadən xəbər verir ki, bunu Türkiyənin Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik bildirib.
O qeyd edib ki, Türkiyə Prezidentinin and içmə mərasiminə Ermənistan Baş nazirinin dəvət edilməsi münasibətlərin normallaşmasına töhfə verə bilər.
“Türkiyə Cənubi Qafqazda sülhün və istiqrarın olmasını arzu edir”, – Çelik vurğulayıb.