Ermənistan heç bir təcavüzkar niyyəti olmadan öz silahlı qüvvələrini gücləndirməkdə davam edir.
AzerTimes xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
Paşinyan bildirib ki, 2018-ci illə müqayisədə 2024-cü ildə hərbi büdcə iki dəfədən çox artıb:
“Hərbi xərclərin artırılması müharibəyə deyil, sülhə hazırlıqdır. Çünki təhlükəsizlik sülhün və sabitliyin ən mühüm təminatıdır. Əminəm ki, bütün qonşu dövlətlər Ermənistanın heç bir təcavüzkar niyyətinin olmadığına əmindirlər”.