Ermənistan büdcə kəsirinə görə borc aldı

Ermənistan büdcə kəsirinə görə borc aldı

Ermənistan Dünya Bankından 92,3 milyon avro məbləğində kredit alacaq.

AzerTimes xəbər verir ki, layihə bu gün Ermənistan hökumətinin iclasında təsdiq olunub.

Kredit Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı vasitəsilə veriləcək.

Məlumata görə, ayrılan vəsaitlər büdcə kəsirinin ödənilməsinə yönəldiləcək.

Teqlər: