Ermənistan Hindistan və İordaniyadan ən fəal silah
idxalçılarından birinə çevrilib.
Trend-in
məlumatına görə, bu barədə Stokholm Sülh Problemləri Araşdırmaları
İnstitutu tərəfindən hazırlanmış “Beynəlxalq silah ticarətində
tendensiyalar” hesabatında deyilir.
Hesabatda qeyd olunur ki, 2017-2021-ci illər ərzində Hindistanın
silah ixracında Ermənistanın payı 13 faiz təşkil edib. Beləliklə
də, İrəvan Hindistandan silah idxalı həcminə görə üçüncü ölkə
olub.
Eyni zamanda, Ermənistanın İordaniyanın silah ixracatında payı
10 faiz təşkil edib. Bu göstərici ilə Ermənistan İordaniyadan da
silah idxalı həcminə görə üçüncü öllkə olub.
(Tərcümə: Orxan Nəbiyev)