Ermənistan bu mübarizədə Azərbaycana üstün gəlib?

Ermənistan bu mübarizədə Azərbaycana üstün gəlib?

Erməni mediası Ötən gün Kolumbiyada BMT-nin Bioloji Müxtəliflik Konvensiyasının iclasında 2026-cı ildə Biomüxtəliflik üzrə Tərəflərin növbəti Konfransının Ermənistanda keçirilməsinə qərar verilmsi ilə bağlı iddialı informasiya yayıb.

AzerTimes xəbər verir ki, iddiaya görə, Ermənistan bu tədbirə ev sahibliyi etmək hüququ uğrunda Azərbaycanla mübarizə aparıb. Nəticədə gizli səsvermə zamanı 123 səsdən 65-ni toplayan Ermənistan qalib gəlib.

Qeyd edək ki, Azərbaycan bu il 11-22 noyabrda COP29-a ev sahibliyi edəcək. Bu baxımdan Azərbaycanın 2026-cı ildə keçiriləcək Biomüxtəliflik üzrə Tərəflərin növbəti Konfransına da iddia etməsi haqda heç bir bilgi yoxdur.

Teqlər: