Ermənistan bu məsələni siyasiləşdirir – Bayramov

Ermənistan bu məsələni siyasiləşdirir – Bayramov

Ermənistan humanitar yüklərin daşınması üçün Azərbaycanın təklif etdiyi yollardan imtina etməklə məsələni siyasiləşdirir.

AzerTimes xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov avqustun 24-də Bakıda Belçikanın xarici işlər naziri Hadja Lahbib ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

“Görüşdə yaxın zamanlarda BMT Təhlükəsizlik Şurasının iclasına və orada səsləndirilən fikirlərə də diqqət çəkdim. Çünki humanitar yardımın siyasiləşdirilməsi yolverilməzdir. Humanitar yardımı yalnız bir yoldan qəbul edib digər alternativ yollardan imtina etmək məhz məsələni siyasiləşdirməkdir. Ermənistan da buna əl atır. Azərbaycan hansısa bir yolun istifadəsindən deyil, bir neçə yolun istifadəsindən danışır və təklif edir”, – o bildirib.

C.Bayramov vurğulayıb ki, hazırda dialoqa çağırış mühüm məqamdır: “Dialoqun keçirilməsi, xüsusi nümayəndənin təyin edilməsi önəmlidir. Biz hesab edirik ki, belə bir dialoqdan yayınma qeyri-konstruktiv yanaşma kimi qiymətləndirilməlidir”.

Teqlər: