Ermənistan təkcə Azərbaycanla deyil, Gürcüstanla da sərhədlərin demarkasiyası işlərini gücləndirmək niyyətindədir.
AzerTimes xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti məlumat yayıb.
“Belə ki, erməni tərəfi Ciliza kəndini (Lori rayonu) Gürcüstana qaytarmağı planlaşdırır. Bu məsələ Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin erməni həmkarı Nikol Paşinyanla bu yaxınlarda İrəvana səfəri zamanı müzakirə olunub”, – məlumatda deyilir.