Dekabrın 18-də Ermənistan Müdafiə Nazirliyinin inzibati binasında Ermənistan-Yunanıstan və Ermənistan-Kipr ikitərəfli, eləcə də Ermənistan-Yunanıstan-Kipr üçtərəfli hərbi məsləhətləşmələri keçirilib.
AzerTimes xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Məsləhətləşmələr nəticəsində tərəflər 2024-cü il üçün Ermənistan-Yunanıstan, Ermənistan-Kipr və Ermənistan-Yunanıstan-Kipr hərbi əməkdaşlıq proqramlarını imzalayıblar ki, bu proqramlar qarşılıqlı maraq doğuran sahələrdə onlarla tədbiri əhatə edir”, – məlumatda bildirilib.