Ermənistan bu əraziləri təhvil verir

Ermənistan bu əraziləri təhvil verir

Baş nazir Nikol Paşinyanın Tiflisə səfərindən sonra iki ölkə arasında sərhədin demarkasiyası prosesinin sürətləndirildiyi, Ermənistanın bəzi kəndlərinin Gürcüstana veriləcəyinə dair iddialar yayılıb.

AzerTimes Globalinfo.az-a istinadən xəbər verir ki, iki ölkənin sərhədində yerləşən Loru vilayətinin Alaverdi kəndinə bitişik ərazilərin demarkasiya zamanı Gürcüstan torpağı kimi qeydə alınacağı bildirilir.

Ermənistan Xarici İşlər Nazirliyi demarkasiya prosesinin sürətləndirildiyini açıqlayıb:

“Ermənistan və Gürcüstanın yüksək səviyyəli nümayəndələrinin son təmasları zamanı ümumi razılaşma əldə olunub. Sərhədlərin demarkasiya prosesinin sürətləndirilməsi qərarlaşdırılıb. Proseslə bağlı mütəmmadi şəkildə ictimaiyyətə məlumat veriləcək”.

Ermənistan XİN-in bu cavabı iddianı dolayı yolla təsdiqləmək və soğrudan yayınma kimi dəyərləndirilib.

Teqlər: