Ermənistan BRİKS-ə qoşulacaq? – Paşinyan açıqladı

Ermənistan BRİKS-ə qoşulacaq? – Paşinyan açıqladı

Hazırda Ermənistan BRİKS-ə inteqrasiya məsələsini nəzərdən keçirmir.

AzerTimes xəbər verir ki, bunu Ermənistan Baş nazir Nikol Paşinyan deyib.

O, oktyabrda Kazanda keçiriləcək BRİKS sammitində iştirak etmək üçün Rusiya prezidentindən dəvət aldığını və qəbul etdiyini bildirib.

Paşinyan həmçinin qeyd edib ki, o, ilk dəfə BRİKS tədbirində iştirak edəcək və təəssüratını Ermənistan rəhbərliyi ilə bölüşmək niyyətindədir. Həmçinin vurğulayıb ki, gələcəkdə əlavə addımlara ehtiyac yaranarsa, Ermənistan bunları nəzərdən keçirməyə hazırdır.

Teqlər: