Azərbaycan tərəfinin ilkin təqdim etdiyi 5 baza prinsipi əsasında daha genişlənmiş elementləri Ermənistan tərəfinə təqdim etmişik. Qarşı tərəf isə bununla bağlı vaxt verilməsini xahiş etdi ki, onları öyrənib geri dönsün.
AzerTimes xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.
Nazir bildirib ki, hələ ki, Ermənistan tərəfindən bununla bağlı reaksiyası yoxdur.
“Bizdə tam məlumat yoxdur ki, növbəti görüş əsnasında onunla bağlı Ermənistanın hər hansı bir reaksiyası olacaq, yoxsa onlara əlavə vaxt lazımdır. Ancaq ümumilikdə bir neçə istiqamət var ki, onların hər birinin irəli aparılması bizim üçün önəmlidir. İlk növbədə ikitərəfli əsasda olan sülh müqaviləsi mövzusu, kommunikasiyaların açılması, delimitasiya mövzuları hər dəfə görüş əsnasında müzakirə edilir. Azərbaycan öz məlum prinsiplərini çatdırır və bu istiqamətdə işləri irəli aparır”, – nazir bildirib.