Ermənistan birinci peykini istismara verir

Ermənistan birinci peykini istismara verir

Ermənistanın ilk peyki ArmSAT-1 istismara tam hazırdır, peykin bütün alt sistemləri lazımi sınaqlardan keçib.

AzerTimes xəbər verir ki, bu barədə Ermənistanın yüksək texnologiyalar sənayesi naziri Robert Xaçatryan deyib.

“Hazırda Ermənistanın özündən və erməni mütəxəssislər tərəfindən peyk idarəetmə sisteminin yaradılması istiqamətində iş aparılır. Biz peyk idarəetmə mərkəzinin tikintisi üzərində işləyirik və yaxın vaxtlarda quraşdırma işləri ilə məşğul olmaq üçün Ermənistana işçi qrupu gələcək. Artıq Ermənistana lazımi avadanlıqların böyük hissəsi gəlib, müvafiq mütəxəssislər təlimlərdən keçirlər. Bir neçə erməni şirkəti də layihəyə öz töhfəsini verməyə hazır olduqlarını bildirib. Söhbət optika, mikroelektronika və proqramlaşdırmanı əhatə edən multidissiplinar sahədən gedir”, – o vurğulayıb.

Teqlər: