Ermənistan baş prokurorluğu ölkə prezidenti barəsində cinayət işi açıb

Xəbər - Orxan Nəbiyev – Trend:

Ermənistan baş prokurorluğu ölkə prezidenti Armen Sarkisyanın ikili vətəndaşlıq faktını gizlətməsi barədə cinayət işi açıb.

AzerTimes-ın erməni KİV-lərinə istinadən məlumatına görə, bunu Ermənistanın Vəkillər palatasının rəhbəri Ara Zohrabyan deyib.

O bildirib ki, prokurorluq cinayət işini 53 vəkilin 30 mart tarixli müraciəti əsasında sənədlərin saxtaşdırılması maddəsi ilə açıb.

Qeyd olunur ki, Armen Sarkisyan 2003-2012-ci illərdə Böyük Britaniya vətəndaşlığına malik olub.

Ermənistan qanunlarına əsasən, ölkə prezidenti seçilməmişdən altı il əvvəl Ermənistan vətəndaşlığı almalıdır.

Vəkillər iddia edir ki, A.Sarkisyan 2018-ci ildə 6 il tam başa çatmamış, qanunu pozmaqla prezident seçilib.

Teqlər: