Ermənistanın Baş nazirinin ofisi yanvarın 25-də “Eger” MMC ilə 1 milyon 411 min 200 dram dəyərində müqavilə imzalayaraq 14 ədəd “Baykal MP-71” tapançası alıb.
AzerTimes xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti məlumat yayıb.
“Eger”- silah və sursat, hərbi və ov ləvazimatları mağazalar şəbəkəsidir. Bir tapançanın qiyməti 100 min 800 dramdır, silah 9×17 mm kalibrlidir, silahın xəzinəsində 8 mərmi var. Müqavilədə tapançaların hansı məqsədlə alındığı göstərilməyib”, – o bildirib.