Ermənistan baş konsulu bu şəhərdən qaçdı

Ermənistan baş konsulu bu şəhərdən qaçdı

Ermənistanın Hələbdəki baş konsulu və konsulluğun əməkdaşları Hələb şəhərini tərk ediblər.

AzerTimes xəbər verir ki, bu barədə erməni mediası Hələbdəki erməni icmasına istinadla məlumat yayıb.

Ermənistan XİN isə bildirib ki, baş konsul “icazə məktubları” ilə əlaqədar 26 noyabrda Dəməşqə gəlib, ancaq hadisələrin inkişafı ilə bağlı geri qayıda bilməyib. Buna baxmayaraq, Ermənistan XİN konsulluq əməkdaşlarının harada olduğu və konsulluğun niyə bağlı olmasına aydınlıq gətirməyib.

Qeyd edək ki, “Təhrir əş-Şam” qruplaşması Hələb şəhərini ötən gün ələ keçirib.

Teqlər: