Ermənistan Bakıdan idarə olunur – Babacanyan

Ermənistan Bakıdan idarə olunur – Babacanyan

Azərbaycanın Ermənistanda istənilən məsələni qaldırmaq təşəbbüsü və icazəsi var. Bu gün Ermənistan Azərbaycanın diktə etdiyi formal hökumət tərəfindən idarə olunur.

AzerTimes xəbər verir ki, bu sözləri erməni ekspert Hasmik Babacanyan deyib.

O, Paşinyanı Azərbaycan Prezidentinin və ya rəsmilərinin dediklərini təkrarlamaqda ittiham edib:

“Bir çox hüquqi bəyanat var ki, Azərbaycan səhər nə deyirsə, günorta Nikol Paşinyan ondan danışır. Görünən odur ki, Ermənistanın idarəetmə sistemini Azərbaycan diktə edir. Ən son misalla belə qənaətə gəlmək olar ki, Ermənistanın idarəetmə sistemi Azərbaycanın əlindədir. Baş nazir Azərbaycanın tələbi ilə Konstitusiyanı dəyişdirmədiyini və Müstəqillik Bəyannaməsinin müzakirəsini açmadığını iddia edir. Azərbaycan isə əks bəyanatlarla çıxış edir. Hətta Əliyevin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov bildirir ki, ölkəsi təkcə Ermənistanın Müstəqillik Bəyannaməsində deyil, bir sıra digər sənədlərdə də problem görür və İrəvan ilə təmaslarda bu məsələlər dəfələrlə qaldırılıb. Bu o deməkdir ki, Azərbaycan bu məsələlərin müzakirəsindən əvvəlcədən xəbərdardır və təşəbbüskardır”.

Teqlər: