Ermənistan Azərbaycanla sərhədin delimitasiyası üzrə
komissiyanın tərkibini formalaşdırıb.
Trend-in
Ermənistan KİV-lərinə istinadən məlumatına görə, bunu ölkənin
Təhlükəsizlik şurasının katibi Armen Qriqoryan deyib.
Onun sözlərinə görə, komissiyanın tərkibi yaxın günlərdə
açıqlanacaq və işçi qrup bununla bağlı bəyanat verəcək.